Sosial
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Akademiyanın rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev görüşün əhəmiyyətindən danışaraq bu səpkili tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. Rəis müavini qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və belə görüşlər kursantların peşəkar dünyagörüşünün formalaşmasında, onların xidmət fəaliyyətinə hazırlanmasında, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayır.
Sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov qurumun fəaliyyət istiqamətləri, əsas vəzifə və funksiyaları barədə ətraflı məlumat verib. Mərkəzin rəisi bildirib ki, Bakı Regional Mərkəzi fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təşkili istiqamətində mühüm funksiyalar həyata keçirir. Həmçinin, qeyd olunub ki, fövqəladə hallar zamanı çevik və koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə şəxsi heyətin peşə hazırlığı və operativ hazırlıq səviyyəsinin daim yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Elnur Məhərrəmov Bakı Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər, əhali arasında aparılan maarifləndirmə işləri və fövqəladə hallara hazırlıq sahəsində görülən işlərdən də bəhs edib. O, kursantlara gələcək xidmət fəaliyyətlərində peşəkarlıq, məsuliyyət və vətənpərvərlik keyfiyyətlərinin vacibliyini tövsiyə edib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…






.jpg)
.jpg)













.jpg)


















