Sosial
Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir.
Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin “Facebook” hesabındakı paylaşımında yer alıb.
“İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsi ilə bağlı İTV-nin pozitiv süjetini izlədik. Təbii ki, qayğı və sevgi mühitinin hökm sürdüyü, hər uşağın valideyn nəvazişi ilə əhatə olunduğu belə ailələri görmək insanda xoş duyğular yaradır. Qeyd edim ki, 8 uşağın böyüdüyü bu ailənin sosial dəstəklə təminatı üçün DSMF tərəfindən müvafiq işlər aparılıb.
Süjetdə ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə beşdən çox uşağın olmasına görə ödənilən müavinətdir. Bu müavinətlə yanaşı, həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.
Yəni ailəyə hazırda ümumilikdə 2259 manat sosial ödəniş edilir və bundan sonra da digər çoxuşaqlı ailələr kimi, Talıbovlar ailəsi də daim diqqətdə saxlanacaq”, - paylaşımda deyilir.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
