Sosial
Qarabağ və Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirildi - FOTO
Xocavənd, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçirilib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilib.
Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.
Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş də keçirilib. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra etdiyi layihələr diqqətə çatdırılıb, Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib.
Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO






.jpg)
.jpg)
.jpg)





























.jpg)
