Sosial
İmtahanda uğur qazanmağın “qida sirri” - Bunları ye, yaxşı nəticə göstər
İmtahana hazırlıq dövründə və imtahan günü düzgün qidalanma uğur şansını artırır.
Publika.az xəbər verir ki, bunu TASS-a tibb elmləri doktoru Mixail Subotyalov bildirib.
Professorun sözlərinə görə, qoz-fındıq, müxtəlif toxumlar, giləmeyvələr, yaşıl çay, tünd şokolad və kakao diqqət və yaddaşa müsbət təsir göstərir. Omeqa-3 mənbələri olan kətan toxumu, dəniz yosunu və zeytun yağı, eləcə də lesitin yaddaşı aktivləşdirir. E vitamini hüceyrələri qoruyur, qaragilə və qara qarağatdakı antosianlar isə beyində qan dövranını gücləndirir.
Mütəxəssis diqqətin artırılması üçün gündə iki fincan yaşıl çay içməyi tövsiyə edib. O qeyd edib ki, imtahandan əvvəl qara çay və qəhvədən uzaq durmaq daha faydalıdır. Çünki kofein qısa müddətli enerji versə də, sonradan sinir sistemini yorur və halsızlıq yaradır.
Subotyalov fastfud, çips, şirin qazlı içkilər və həddindən artıq yeməkdən də çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, bu cür qidalar həzm problemləri yaradaraq ürəkbulanma və ağırlıq hissinə səbəb ola bilər ki, bu da imtahanda diqqəti toplamağa mane olur.
Bundan başqa, şirniyyat və digər rafinə olunmuş karbohidratlı məhsulların da zərərli olduğu bildirilib. Belə qidalar qısa müddətli enerji versə də, sonra aclıq və yorğunluq hissini daha da artırır.
Professor imtahana qazsız su və yüngül qəlyanaltı - banan, içməli yoqurt və giləmeyvə aparmağın faydalı olduğunu da qeyd edib. Bu məhsulların istifadəsinə Rusiyanın müvafiq imtahan qaydalarında da icazə verilir.
Adəm
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC










.jpg)


























