Sosial
Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenov yubileyinə kitab töhfəsi - FOTO
26 May, 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb.
Publika.az xəbər verir ki, forum UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondunun təşkilatçılığı ilə baş tutub.
Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.
Forumun açılışında Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, , UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piriç, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bulat Utemuratov Fondunun Baş direktoru Aynur Karbozova çıxış edərək Oljas Süleymünovun mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini vurğulayıblar.
Forumda onlayn və əyani formatda dünyanın müxtəlif ölkələrindən fəxri isimlər iştirak edir. Onların arasında: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov, Tatarıstan Respublikasının Dövlət Müşaviri Mintimer Şaymiyev, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Nobel Ədəbiyyat Mükafatı namizədi, tanınmış şair və dramaturq Timur Zülfiqarov yer alıb.
VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu çərçivəsində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bu mötəbər tədbirin Oljas Süleymenovun yubileyi ilə eyni vaxta düşməsinin əhəmiyyətini qeyd edib. O, müasir dünyada dövlətlərin bir-birindən təcrid olunmasının yolverilməzliyini vurğulayaraq bildirib ki, sabitliyin əsas şərti qarşılıqlı hörmət və məsuliyyətə söykənən "şüurlu qarşılıqlı asılılıq" ideyasıdır.
Fondun prezidenti rəsmi çıxışında təşkilat tərəfindən nəşr olunan mühüm bir kitabın müjdəsini də verib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Oljas Süleymenov Azərbaycanın gözü ilə" adlı xüsusi kitab işıq üzü görüb.
Nəşrdə Türk dünyasının fəxri olan görkəmli şair Oljas Süleymenov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı tarixi dialoqlar, böyük yazıçının Ulu Öndər barədə müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Oljas Süleymenovla bağlı imzaladığı rəsmi sərəncamlar toplanıb. Bununla yanaşı, kitabda Azərbaycanın tanınmış ziyalılarının və qələm sahiblərinin yubilyarın həyat və fəaliyyətinə həsr etdiyi məqalə və şeirləri də yer alıb.
Kitab forum iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Forum gün ərzində müxtəlif ölkələrdən olan elm, mədəniyyət və siyasi xadimlərin məruzələri, yekun Qətnamənin qəbulu ilə davam edəcək.




-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar






.jpg)





























