Sosial
“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçirdi
Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” Qurban bayramı ərəfəsində bir sıra xeyriyyə təşəbbüsləri həyata keçiriblər. Bu müqəddəs bayram münasibətilə uşaqları təbrik etmək üçün Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Tədbir çərçivəsində interaktiv oyunlar və müxtəlif müsabiqələr təşkil olunub, həmçinin uşaqlara hədiyyələr təqdim edilib. Eyni zamanda, bayram ənənəsinə uyğun olaraq Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailələrə bayram sovqatı da çatdırılacaq. Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunub.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” müxtəlif sosial və xeyriyyə təşəbbüsləri vasitəsilə həssas qruplara dəstək göstərir, cəmiyyətdə sosial həmrəyliyin və paylaşma dəyərlərinin təşviqinə töhfə verir.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
