Sosial
Prezidentin qızları Lənkəranda uşaq evini ziyarət etdilər - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Publika.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar. Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesini izləyib, onlarla xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.
Daha sonra uşaqlar üçün animasiya filmləri nümayiş olunub. Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birlikdə filmləri izləyiblər.
"Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara "İsi və Piti" animasiya serialının bölümləri, eləcə də müxtəlif maarifləndirici və əyləncəli animasiya filmləri təqdim olunub. Nümayiş olunan filmlər uşaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı və milli animasiya filmlərinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
