Sosial
Sumqayıtda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi
Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbir təşkil olunub.
Publika.az xəbər verir ki, Sumqayıt Muğam Mərkəzində təşkil olunan təntənəli tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, hər bir dövlətin və cəmiyyətin gələcəyi uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsindən asılıdır.
Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və sağlamlıq xidmətləri ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Sumqayıtda da uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müasir məktəblər, uşaq bağçaları, idman və mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır. Bayram proqramı uşaqların hazırladığı maraqlı konsert proqramı ilə davam edib.
Məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səsləndirilən mahnılar, milli və müasir rəqslər, bədii kompozisiyalar və vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqların çıxışları alqışlarla müşayiət olunub. Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində fərqlənən bir qrup müəllim və tərbiyəçi fəxri fərmanlarla təltif olunub.
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi



















.jpg)




.jpg)
.png)
















.jpg)
.jpg)