Sosial
Minlərlə işçini maraqlandıran QƏRAR: Yeni qadağalar başladı
İstilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları təsdiqlənib.
Publika.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, işçilər qoruyucu geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilməlidirlər.
İşçi heyət qoruyucu geyimdə və düymələri bağlanmış vəziyyətdə işləməlidir. Qoruyucu geyimdə hərəkət edən və fırlanan mexanizmlərin hissələri tərəfindən tutula biləcək sallanan hissələr olmamalıdır.
Qoruyucu geyimin qollarını yuxarı çəkmək və çəkmələrin boğazlarını qatlamaq qadağandır. Zəhərli və aqressiv maddələrlə işləyərkən, həmçinin elektrik-qaz qaynağı, izolyasiya işləri, tökmə və tozlanan materialların yüklənməsi və boşaldılması zamanı şalvarlar çəkmələrin üstündə olmalıdır. İşləyən avadanlıqlarla təchiz edilmiş otaqlarda, quyularda, kameralarda, kanallarda, tunellərdə, tikinti meydançalarında və təmir zonasında işçi heyət çənəaltı qayışla bağlanmış qoruyucu dəbilqə geyinməlidir.
Saçlar dəbilqənin altına yığılmalıdır.
İstilik qurğusunun yerləşdiyi ərazidə və istehsalat binalarında avadanlığın xidməti ilə məşğul olmayan işçilərin orada müşayiətsiz qalması qadağandır.
Qaz borusu altında emalatxana, sanitar-məişət və digər tikililər quraşdırmaq qadağandır.
Yanar qazların və partlayıcı maddələrin buxarlarının daxilolma ehtimalı olan binaların işıqlandırılması üçün partlayışa qarşı mühafizəyə malik işıqlandırma armaturları tətbiq olunmalıdır. İstehsalat binalarında qəza işıqlanması və işıq şəbəkəsinin gərginliyi 12 V-dan yüksək olmamalıdır.
Yeraltı tikililərdə işə buraxılmazdan əvvəl iş zonasının havasında daha çox ehtimal edilən zəhərli maddələrin olması yoxlanılmalıdır. Yeraltı qaz kəmərlərinin bilavasitə yaxınlığında yerləşən (ondan hər iki tərəfə 15 m-dək məsafədə) yeraltı tikililər üçün yoxlanılma müddətləri, xidmət və oraya işçilərin endirilmə qaydaları istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunan təlimatla müəyyənləşdirilir. Qaz kəmərləri yolunda mövcud olan tikililərin hər hansı birində qaz olması aşkar edilərsə, orada havanın dəyişdirilməsi üçün tədbir görülməlidir. Bu zaman əlavə olaraq qaz kəmərlərindən 50 metrədək radiusda olan digər yeraltı tikililərdə də qaz olmasını müəyyənləşdirən əlavə yoxlamalar aparılmalıdır.
Yeraltı qurğuda və rezervuarda havanın temperaturu 32°C-dən yüksək olarsa, iş istidən qoruyan iş geyimində aparılır. Yeraltı qurğuda və rezervuarda maye olan hallarda rezin çəkmələrdən istifadə etmək lazımdır.
Yanacaq və yağ çənlərindən başqa digər yeraltı tikilidə və çənlərdə havanın temperaturu 32°C-dən yüksək olduqda orada işləməyə müstəsna hallarda (qəza baş verdikdə heyətin həyatına və avadanlığın dağılmasına təhlükə yaranarsa) icazə verilir. Bu zaman işə başlamazdan əvvəl işin rəhbərinin icazəsi və bilavasitə onun rəhbərliyi altında, heyətin yanıq xəsarəti almaması üçün lazımi tədbirlər görülməlidir.
Həmçinin yeraltı qapaqları (lükləri) bilavasitə əl ilə, qayka açarları və ya bunun üçün nəzərdə tutulmamış digər əşyalar vasitəsilə açmaq və bağlamaq qadağandır. Bunun üçün uzunluğu 500 mm-dən az olmayan qarmaqlardan istifadə olunmalıdır. İşlər başa çatdıqdan sonra qapaqları (lükləri) bağlamazdan öncə işin rəhbəri və icraçısı yeraltı tikilinin və ya çənlərin içərisində təsadüfən işçilərdən kiminsə qalmadığına, həmçinin orada material, alət və digər kənar əşyaların unudulub qalmadığına əmin olmalıdır. Yeraltı tikililərdə və ya çənlərdə işlər başa çatdıqdan sonra qapaqları (lükləri) açıq saxlamaq qadağandır.
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
-
Magazin208:49Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
-
Dünya08:10Kiyevə dəhşətli hücum - Ölən və xəsarət alanlar var
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama






































