Sosial
40 dərəcə isti də rusların Türkiyəyə axınına təsir etmir: Səbəb bəllidir
40 dərəcəni keçən istilərə baxmayaraq, Türkiyə rusiyalı turistlər arasında ən populyar xarici istirahət istiqaməti olaraq qalır.
Publika.az xəbər verir ki, bunu "Moskva 24" telekanalına açıqlamasında strateji analitik Mixail Abasov deyib.
Ekspert bildirib ki, rusiyalı turistlərin xaricdə istirahət üçün seçim imkanları məhduddur. Bu səbəbdən Misir, Çin, Tailand, Vyetnam və Türkiyə əvvəlcədə sifarişlərin təxminən 65 faizini təşkil edərək lider mövqedə qərarlaşıb.
Onun sözlərinə görə, Türkiyəyə gedən turistlər vaxtlarının böyük hissəsini hotellərdə keçirir, əsasən çimərlik və hovuzdan istifadə edirlər. Buna görə də yüksək temperatur onların istirahətinə ciddi təsir göstərmir. Turistlər günün isti saatlarında çölə çıxmamağa, gəzintilərini isə əsasən axşam saatlarına saxlamağa üstünlük verirlər.
Mixail Abasov Türkiyədə istirahət qiymətlərinin münasib olduğunu, hotellərdə xidmət səviyyəsinin yüksək qaldığını və rusdilli personalın geniş yayılmasının da bu ölkəyə marağı artırdığını vurğulayıb.
Adəm
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi













.jpg)




.jpg)
.png)
















.jpg)
.jpg)