Sosial
Əli Əsədov sərəncam imzaladı
Azərbaycanda strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, yaradılan yeni Komissiyaya Baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək.
Komissiya sədrinin müavini funksiyasını isə iqtisadiyyat naziri Mikayıl Cabbarov yerinə yetirəcək.
Komissiyanın tərkibinə maliyyə, iqtisadiyyat, ekologiya və təbii sərvətlər, energetika, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat nazirlərinin müavinləri, həmçinin Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mərkəzi Bank sədrinin müavinləri daxil edilib.
Yeni qurum ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyan strateji investisiya layihələrinin seçilməsi, icrasının əlaqələndirilməsi, qarşıya çıxan institusional və texniki maneələrin aradan qaldırılması, həmçinin layihələrlə bağlı təşviq və güzəşt mexanizmlərinə dair təkliflərin hazırlanması ilə məşğul olacaq.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik də yaradılıb və onun funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Sərəncama əsasən, Komissiya strateji investisiya layihələrinin siyahısını hər il Nazirlər Kabinetinə təqdim edəcək və ildə iki dəfə onların icra vəziyyəti barədə hesabat verəcək.
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi













.jpg)




.jpg)
.png)
















.jpg)
.jpg)