Sosial
“Müəllimi oğlumun çeynədiyi saqqızı dərsdə onun başına yapışdırıb” - VİDEO
Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı iddia olunur.
Publika.az xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə Suraxanı rayonu Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımova müraciət edib.
Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahibə Zəkiyeva 8-ci sinif şagirdi H.B.-dən çeynədiyi saqqızı öz saçına yapışdırmağı tələb edib, daha sonra onun saçını kəsib: “Müəllim uşağın ağzında saqqızı görərək onu lövhəyə çağırıb. Məcbur edib ki, saqqızı çıxarıb başına yapışdırsın. Uşaq da qorxusundan yavaşca yapışdırıb. Deyib ki, yox, sən yaxşı yapışdırmadın, 18-19 şagirdin qarşısında çeynəyib, tüpürcəkləyib başına yapışdıracağam...”
Valideyn qeyd edib ki, saqqızı saça daha çox yayan müəllim bundan sonra həmin hissələri qayçı ilə kəsib və uşaqları hədələyib ki, bu söhbət burada qalsın. O, hadisədən sonra 15 yaşlı oğlunun ciddi psixoloji travma aldığını, psixoloq müayinəsində olduğunu vurğulayıb.
315 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Daha ətraflı süjetdə:
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu























.png)











.jpg)