Sosial
2 saat avtobus gözləyən sərnişin şirkəti məhkəməyə verdi: Qalib gəldi
Sankt-Peterburqda iki saat avtobus gözlədikdən sonra nəqliyyat şirkətini məhkəməyə verən kişinin iddiası qismən təmin olunub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sərnişin uzun müddət avtobusun gəlməsini gözləsə də, nəqliyyat vasitəsi dayanacağa yaxınlaşmayıb. Açıq dayanacaqda yağış altında qalan kişi sonda taksi çağıraraq mənzil başına yollanıb.
Lakin o, bununla kifayətlənməyərək avtobus daşımalarını təşkil edən qurumu məhkəməyə verib. İddiaçı bildirib ki, avtobusun vaxtında gəlməməsi ona həm maddi, həm də mənəvi zərər vurub.
O, taksiyə ödədiyi 1240 rublun, 15 min rubl məbləğində mənəvi zərərin və əlavə cərimənin qarşı tərəfdən tutulmasını tələb edib. Maraqlıdır ki, sərnişin ilkin tələbindən 90 rubl çıxıb. O, həmin məbləği taksi sürücüsünə çaypulu verdiyini bildirib.
Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən, nəqliyyat şirkəti sərnişinə taksi xərci kimi 1240 rubl ödəməli, əlavə olaraq 3120 rubl cərimə və 5 min rubl mənəvi təzminat verməlidir. Bundan başqa, şirkət 4 min rubl dövlət rüsumunu da qarşılayacaq.
Məlumata görə, bu, həmin şəxsin ilk məhkəmə çəkişməsi deyil. O, daha əvvəl aldığı yapışqan lentlərin üzərində göstərilən uzunluğun reallıqda daha az olduğunu iddia edərək satıcıdan təxminən 3 min rubl tələb edib. Həmin iş üzrə məhkəmə qərarı hələ açıqlanmayıb.
Qeyd edək ki, ictimai nəqliyyatın gecikməsi və ya qrafikə əməl etməməsi problemi əksər hallarda Azərbaycanda da sərnişinlərin ən çox şikayət etdiyi məsələlərdən biri olaraq qalır.
Adəm
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu














.png)







.png)












.jpg)
.jpg)