Sosial
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
“Azercell Telekom” MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 10002:2018 “Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması” beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.
Publika.az xəbər verir ki, ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi Azercell-də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Azercell bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib.
Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır.
Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür.
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO






.jpg)

























