Sosial
Müəllimlərin attestasiya nəticələrinə uyğun olaraq təlimlər keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili sahəsində sistemli islahatlar həyata keçirilir.
Bu sahədə keyfiyyətin artırılması və təhsilverənlərin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə təşkil olunmuş attestasiyanın növbəti mərhələsi Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ regionlarını əhatə edib. Attestasiya komissiyaları tərəfindən müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müvafiq meyarlar üzrə dəyərləndirilib.
Bu mərhələdə 430-dan artıq təhsilverən komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib. Həmin şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb edilməsi nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd edilən təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi nəzəriyyəsi, xor dirijorluğu, tar, kamança, saz, violin, qarmon, nağara, vokal, xanəndəlik və rəssamlıq – ümumilikdə 12 istiqamət üzrə xüsusi təlim proqramları hazırlayıb.
Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi və metodiki hazırlıqlarının artırılmasına, onların işə qəbul imtahanlarında uğurlu nəticə əldə etmələrinə dəstək göstərməkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə reallaşacaq təlimlər əyani və distant formatda təşkil ediləcək. Təlimlər cari ilin iyun ayının ikinci yarısından başlayaraq mərhələli şəkildə həyata keçiriləcək. Dərslər təcrübəli pedaqoqlar və sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq. Təlimlərin başlanması ilə əlaqədar iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcək.
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı







.jpg)














.jpg)













