Sosial
EPIC Azərbaycanın bərabər əməkhaqqı və əmək qanunvericiliyi islahatlarını geniş işıqlandırıb
Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyanın (EPIC) rəsmi saytında son illər Azərbaycanda əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, əmək münasibətlərində gender bərabərliyinin dolğun təminatı üçün aparılan islahatlara dair məlumat dərc edilib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödənilməsi ilə bağlı son vaxtlar milli qanunvericilikdə edilmiş dəyişiklik xüsusi vurğulanır. Bu addımın gender əsaslı bərabərsizliklərin azaldılmasına töhfə verməklə yanaşı, həm də inklüziv iqtisadi artımı dəstəklədiyi, ədalətli və şəffaf əməkhaqqı təyin edilməsi təcrübəsini təşviq etdiyi qeyd olunur.
Eyni zamanda, qadınların əmək bazarında iştirakının dəstəklənməsi, onların məşğulluq imkanlarının artırılması üçün son illər ölkəmizdə görülən işlər yüksək qiymətləndirilir. Qadın əməyi ilə bağlı qanunvericilik islahatları nəticəsində Azərbaycanın Dünya Bankının “Qadın, Biznes və Hüquq” üzrə 2024-cü il hesabat-reytinqdə öz indeksini 78,8-dən 85-ə yüksəltdiyi bildirilir. Qeyd edilir ki, Dünya Bankının 2026-cı il üzrə hesabat-reytinqində də ölkənin bu islahatlarının gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ən yaxşı təcrübələrdən biri olduğu əksini tapıb.
Beynəlxalq Əmək Təşkilatı və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi, Azərbaycan da daxil olmaqla 80-dək ölkənin üzv olduğu EPIC qadınlar və kişilər arasında bərabər əməkhaqqı ödənişi prinsipini qlobal səviyyədə təbliğ və təşviq edir, bu sahədə hökumətlərə və müvafiq təşkilatlara ekspertiza dəstəyi göstərir.
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu














.png)







.png)












.jpg)
.jpg)