Sosial
Qadın sağlamlığı mövzusunda maarifləndirici görüş keçirildi - FOTO/VİDEO
“Azərlotereya”nın “Media klub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Publika.az xəbər verir ki, bu dəfə jurnalistlər üçün "Liv Bona Dea Hospital"ında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.
Səhər yeməyi formatında keçirilən tədbirdə 30-dan artıq media qurumunun xanım nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi qadın sağlamlığı, profilaktik müayinələrin əhəmiyyəti, vaxtında diaqnostikanın insan həyatındakı rolu və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması barədə maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə bu cür maarifləndirici təşəbbüslərin ictimai əhəmiyyəti vurğulanıb. Görüş zamanı qadın sağlamlığı, check-up müayinələri, mamoqrafiyanın önəmi, erkən diaqnostika və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub, media nümayəndələrinin sualları cavablandırılıb.
Daha sonra iştirakçılar konfrans otağında "Liv Bona Dea Hospital"ının fəaliyyəti, tibbi xidmət istiqamətləri, müasir infrastrukturu və pasiyentlər üçün təqdim etdiyi imkanlar haqqında təqdimatı izləyiblər. Ardınca media nümayəndələri üçün hospital üzrə tanışlıq turu təşkil olunub. Tur zamanı iştirakçılar cərrahiyyə, radiologiya, laboratoriya, uşaq şöbəsi, palatalar, helikopter eniş meydançası və digər tibbi infrastruktur imkanları ilə tanış olublar.
Tədbirdə iştirak edən jurnalistlərə özləri və ya ailə üzvləri üçün "Liv Bona Dea Hospital"ında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı da təqdim edilib.
“Azərlotereya” ASC-nin mütəmadi olaraq təşkil etdiyi “Media klub” layihəsi media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi, ictimai əhəmiyyət daşıyan mövzular üzrə maarifləndirmənin artırılması və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədini daşıyır.
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobil sürməkdən imtina edirlər - ARAŞDIRMA
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu














.png)







.png)












.jpg)
.jpg)