Sosial
18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - VİDEO
Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan azərbaycanlı Yusif Əliyevi saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.
54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub.
Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Saxlanılmadan sonra istintaqın suallarını cavablandıran Yusif Əliyev bu müddətdə gizlənmədiyini, sadəcə Belarusda yaşadığını deyib. O, həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycanda 3 il həbsdə olduğunu, lakin hansı maddə üzrə azadlıqdan məhrum edildiyini xatırlamadığını bildirib.
Qeyd edək ki, Yusif Əliyev 2009-cu ilin martında hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıb. Saxlanılmadan qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi şərti azadlığa buraxıb, o isə qaçıb gizlənib. (“Qafqazinfo”)

-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Nida Xəbər 09:27Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ





















.png)












.jpg)
.jpg)