Sosial
Bakının ən təmiz çimərlikləri açıqlandı
Yay mövsümünü çimərliksiz təsəvvür etmək qeyri-mümkündür. Xüsusilə Bakı və Abşeronun şoran təbiəti meşələr və çaylar üçün uyğun olmadığından tək seçim dənizkənarı istirahət qalır. Lakin təhlükəsiz istirahət üçün çimərliklərin heç də hamısı uyğun olmur.
Publika.az Bizim.media-ya istinadən xəbər verir ki, dəniz suyunun təmizliyi, sahilin sanitariya vəziyyəti, xilasedici xidmətinin mövcudluğu və ümumi təhlükəsizlik tədbirləri istirahət edənlərin axtardığı əsas keyfiyyətlərdir.
Hər il vətəndaşlar ən təmiz çimərlik axtarışında olurlar, bir-birindən yaxşı ünvanı soruşurlar. Amma bu fakt ilbəil dəyişə bilər, çünki suyun keyfiyyəti hər mövsüm yenidən yoxlanılır. Son monitorinqlərdə Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərliklərində həm dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinin norma daxilində olduğu bildirilir, həm də güvənlik baxımından xilasedici xidməti, sakit sahili olduğu üçün daha yaxşı seçim hesab olunur.
Hər il insanları dənizlə bağlı narahat edən başqa problem də var: dəniz suyu dəri problemləri yarada bilərmi?
Dermatoloqlar yarada biləcəyini təsdiqləyirlər. Hətta ən təmiz çimərlikdə belə həssas dərisi və ya ekzeması olan insanlarda duzlu su dərini qurudub qıcıqlanmanı artıra bilər. Uzun müddət günəş, duz və küləyin təsiri dərinin qoruyucu qatını zədələyir.
Açıq yara, cızıq və ya sızanaq varsa, infeksiya riski artır. Əsasən də atopik dermatit, psoriaz və tez-tez allergik səpkilər olan insanlara dəniz məsləhət görülmür. Yox, əgər dənizsiz yaşaya bilmirlərsə, suya girdikdən sonra dəri qurumadan dərhal şirin sulu duşa girməlidirlər. Ardınca isə nəmləndirici vasitə istifadə etmək faydalıdır.
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”





































