İdman
Rafael Leao: "Vidalaşmağın vaxtı gəldi!"
Portuqaliyalı yarımmüdafiəçi Rafael Leao, 28 avqustda Seriya A -nın 2-ci turunda “Venesiya” ilə oyundan sonra (2:0) “San Siro” stadionunda “Milan”ın oyunçusu kimi son açıqlamasını verib.
Daha əvvəl Leaonun “Qalatasaray”la şəxsi müqaviləsinin şərtlərini qəbul etdiyi və Türkiyə klubuna keçidinə icazə verdiyi bildirilirdi.
Publika.az xəbər verir ki, jurnalist Canluka Di Marzionun veb saytında yer alan məlumata görə, Leao deyib:
“Bəli, çətin bir dövrdür. Komanda yoldaşlarımla yeddi il oynadıqdan sonra onlarla vidalaşdım. Onlar mənə böyüməyə kömək etdilər, “Milan”ı təmsil etməyin nə demək olduğunu anlamağa kömək etdilər. Amma vidalaşmağın vaxtı gəldi.
Bəlkə də “San Siro”da sonuncu çıxışım olduğu üçün fərqli şəkildə vidalaşmaq istərdim. Burada nə etdiyimi bildiyim üçün klubun tarixinin bir hissəsi olaraq qalacağam. Həyat belədir: öyrənirik, vidalaşırıq, amma mənim fikrimcə, “Milan”a olan sevgim heç vaxt bitməyəcək. Onları həmişə uzaqdan izləyəcəyəm. Qərar verməli olduğunuz anlar olur. “Milan həmişə “Milan” olaraq qalacaq. Komanda və məşqçi ən yüksək səviyyədədir. Amorim çox yaxşı və məqsədyönlüdür, o, “Milan”ın qələbə yoluna qayıtmasına kömək edə bilər. Onun futbolunu bəyənirəm. “Milan”a uğurlar arzulayıram. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm və “Milan” qalib gəlməyə davam edəcək”.
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi






.jpg)




























