Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)

Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)

Nepalın Çinlə sərhəd rayonlarında dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 675 nəfərə çatıb.

Publika.az "The Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə NepalınTəbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Daha əvvəl Çinin dövlət KİV-ləri çərşənbə günü baş vermiş təbii fəlakət nəticəsində Tibetdə yeddi nəfərin həlak olduğunu bildirmişdi.

Beləliklə, Nepal və Tibetdə həlak olanların ümumi sayı 682 nəfərə çatıb.

xxx

16:32

Nepalın Çinlə sərhəd bölgəsində baş verən torpaq sürüşməsi və sel nəticəsində ölənlərin sayı 668 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, təqribən 2500 nəfər hələ də itkindir. AXİOS isə ölənlərin sayının artıq 700-ə çatdığını yazıb.

09:00

Nepalın şimalında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 616-ya yüksəlib.

Publika.az xəbər verir ki, Nepal polisinin son məlumatına əsasən, təbii fəlakət nəticəsində 616 nəfərin cəsədi aşkarlanıb, 2 301 nəfər isə yaralanıb və xilas edilib.

Qeyd edək ki, avqustun 26-da Himalay dağları ətəklərində, Nepal - Çin sərhədində buzlaq mənşəli sel fəlakəti baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm