Sosial
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.
Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.
Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək. Habelə “İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə” nominasiyaları üzrə fərdi mükafatlar veriləcək.
Müsabiqə qalibləri konfrans zamanı elan edilərək mükafatlandırılacaq.
Tədbir haqqında daim yenilənən məlumatları əldə etmək üçün DOST Agentliyinin rəsmi sosial media hesablarını izləməyi tövsiyə edirik.
Facebook: https://www.facebook.com/dost.agentliyi
Instagram: https://www.instagram.com/dost.agentliyi
X: https://x.com/dostagentliyi
Xatırladaq ki, SocGov (sosial idarəetmə) brendi çərçivəsində ilk beynəlxalq konfrans ötən il beynəlxalq təşkilatlardan, 20-yə yaxın ölkədən 450 nəfərədək şəxsin iştirakı ilə Bakı şəhərində keçirilib.
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA






















.webp)









.jpg)

.jpg)