Sosial
Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı "Range Rover"dən gedir.
Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi.
Məhəmməd Hacıyevin "Range Rover"i əvvəl 56 min manata satışa çıxarılsa da, həmin qiymətə alıcı tapılmayıb. Sonradan qiymət 14 min azalaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.
Satışdan gələn pul dövlətə nəfinə keçəcək.
Qeyd edək ki, "Range Rover" markalı avtomobilin alındığı zaman bazar dəyəri 100 min manata yaxın olub. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olublar. Hacıyevin həyat yoldaşı iddia edib ki, "Range Rover" birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməyib.
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA






















.webp)









.jpg)

.jpg)