Sosial
Adil Kərimli italiyalı həmkarı ilə görüşdü - FOTO
İyunun 18-də Roma şəhərində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, kinematoqrafiya, musiqi və ifaçılıq sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin prioritetləri, mədəni diplomatiyanın gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə həmkarına məlumat verib.
Tərəflər qarşılıqlı mədəniyyət günlərinin, sərgi və konsert proqramlarının təşkili, peşəkar mübadilə layihələrinin həyata keçirilməsi və mədəniyyət sahəsində institusional əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Azərbaycan və İtaliya mədəniyyət nazirlərinin əvvəlki görüşü 2024-cü ilin dekabrında Romada keçirilib. Həmin görüşdə əldə edilən razılaşmaların davamı olaraq tərəflər mədəni əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.
Görüşdə mədəniyyət sahəsində layihələrin icrası ilə bağlı tədbirlər planı da müzakirə olunub.




-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA






















.webp)









.jpg)

.jpg)