Sosial
Ağdamda keçirilən növbəti əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib. Yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.
Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU





















.jpg)











.jpg)

.jpg)