İdman
Talişkadan "Fənərbağça"ya şok cavab
Anderson Talişka ilə yollarını ayırmaq istəyən “Fənərbağça”nın qarşısına braziliyalı futbolçunun şərti çıxıb.
Publika.az xəbər verir ki, Türkiyə Super Liqasında yeni mövsümdə mütləq çempionluq hədəfləyən “Fənərbağça” transfer çalışmalarını sürətlə davam etdirir. 10+4 legioner qaydasına görə bəzi futbolçularla yollarını ayırmaq istəyən İstanbul klubu gözlənilməz problemlə üzləşib.
“Fənərbağça” Anderson Talişkanın transferi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə razılığa gəlib. Braziliyalı ulduz isə bu iddialardan sonra sosial media hesabında diqqətçəkən paylaşım edib. Talişka “İnsanlar istifadə edilib sonra bir kənara atılacaq istehlak əşyaları deyil” sözlərini yazıb.
İki illik müqaviləsi olan Anderson Talişka ilk növbədə komandada qalmaq istəyir. Braziliyalı futbolçu yaxın vaxtlarda daha böyük evə köçüb və burada yeni həyat qurub.
Braziliyalı ulduzun klubdan ayrılmaq üçün irəli sürdüyü şərt də məlum olub. Talişka “Fənərbağça”dan bütün maliyyə öhdəliklərinin, yəni klubun ona olan bütün borclarının ödənilməsini tələb edir.
Futbolçu ilə klub rəhbərliyi arasında yaxın günlərdə keçiriləcək görüşdən sonra braziliyalının gələcəyi ilə bağlı qərar veriləcək.
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO













.jpg)



.jpg)
.jpg)




















