Sosial
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Anar Əliyev, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın sədri Məmməd Musayev, habelə hər üç qurumdan əməkdaşlar iştirak ediblər. Qeyd edək ki, Komissiyanın Əsasnaməsinin tələblərinə uyğun olaraq 2026-cı il üzrə Komissiyaya sədrlik Nazirliyə keçib.
Anar Əliyev iclası giriş sözü ilə açaraq Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan sosial islahatları, bu islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də yeni mühüm addımların atıldığını qeyd edib. O, yeni qanunvericilik layihələrinin, əmək, məşğulluq və sosial müdafiə sahəsi ilə bağlı təkliflərin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası işlərinin sosial tərəfdaşlarla birgə səmərəli müzakirəsi baxımından Üçtərəfli Komissiyanın fəaliyyətinin önəmini vurğulayıb.
Sahib Məmmədov və Məmməd Musayev ötən dövrdə tərəflər arasında uğurlu sosial tərəfdaşlığın həyata keçirildiyini, Üçtərəfli Komissiya tərəfindən aparılan birgə müzakirələrin əhəmiyyətini vurğulayıblar. Bu iclasda da sosial-iqtisadi əhəmiyyət kəsb edən məsələlərin nəzərdən keçiriləcəyi bildirilib.
İclasda özünüməşğulluq fəaliyyətini həyata keçirən şəxslərlə bağlı təkliflər, BƏT-in Konvensiyalarına uyğun olaraq əmək qanunvericiliyində növbəti təkmilləşdirmələrin aparılması məsələləri müzakirə olunub.
Habelə onlayn platformalar üzərindən fəaliyyət göstərən şəxslərin hüquqi statusunun, əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi, Üçtərəfli Komissiyanın tərkibində BƏT-in “Sosial dialoq institutları üçün özünü qiymətləndirmə metodu”nun tətbiqi üzrə İşçi Qrupun yaradılması, bu metodun tətbiqi üzrə tədbirlər planının hazırlanması və s. ilə əlaqədar təkliflər də nəzərdən keçirilib.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU





















.jpg)











.jpg)

.jpg)