Sosial
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - Foto
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 19-da Kəlbəcər rayonunda vətəndaşları qəbul edib.
Publika.az xəbər verir ki, qəbulda Kəlbəcər və Laçın rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının daim prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda iştirak edən vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir.
Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU





















.jpg)











.jpg)

.jpg)