Sosial
Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
Bakıda əcnəbi hamilə qadının ona edilən jestlə bağlı çəkdiyi video maraqla qarşılanıb.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, yayılan video qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Paytaxtda özəl sektorda çalışan qırğızıstanlı qadın Meerim Esenaliyeva mağazalardan birinə daxil olub və su almaq istəyib. Elə maraqlı anlar da bundan sonra başlayıb:
"Bu dəqiqə mağazaya girdim. Adi bir su almağa. Qiyməti 1 manat 50 qəpik civarındadır. Kassaya gəldim ki, pulu ödəyim. Kartı terminala yaxınlaşdırdım, pul ödənilmədi. İkinci kartı da qoydum, eyni vəziyyət - pul köçmədi. Kassir mənə dedi ki, deyəsən, kartınızda pul yoxdur. Mən dedim yox, var pulum, sadəcə köçürmə edə bilmirəm. Sonda mənə qayıtdı ki, götür, narahat olma. Əgər yadına düşsə, pulu gətirib verərsən. İnanırsınız, mən az qaldı kı, ağlayım. Çünki hamiləyəm və belə bir addım mənim üçün çox dəyərlidir".
Meerim Esenaliyeva ona edilən jest və maraq doğuran videosu ilə bağlı danışıb. O deyib ki, aldığı, sadəcə bir şüşə su deyildi, bu hal əsl insanlıq dərsi idi.
M.Esenaliyeva bildirir ki, videonu çəkərkən bu qədər səs-küy doğuracağını düşünməyib: "Sadəcə mən insanların və insanlığın necə dəyərli olduğunu bildirmək üçün videonu çəkdim".
O əlavə edib ki, ertəsi gün satıcıya yaxınlaşaraq borcunu ödəyib və ona sonsuz minnətdarlığını bildirib.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU





















.jpg)











.jpg)

.jpg)