Sosial
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz - DƏYİŞİKLİK
Binəqədi şossesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.
Publika.az xəbər verir ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan araşdırmalar zamanı qeyd olunan kəsişmələrdə, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığının yarandığı müəyyən edilib.
Sıxlığın azaldılması və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək.
Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq.
Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq.
Görüləcək tədbirlərin nəqliyyatın daha rahat və fasiləsiz hərəkətinə, eləcə də ərazidə yaranan sıxlığın azaldılmasına imkan verəcəyi bildirilir.
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO








.png)
























