Sosial
İntiharlarla bağlı dəhşətli statistika: Yeniyetmələr arasında antirekord
Yaponiyada 2025-ci ildə intihar hallarının ümumi sayı rekord həddə qədər azalsa da, yeniyetmələr arasında bu göstərici tarixin ən yüksək səviyyəsinə çatıb.
Publika.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il ölkədə qeydə alınan intiharların sayı müşahidələrin aparıldığı bütün dövr ərzində ən aşağı göstərici olub. Lakin ibtidai, orta və yuxarı məktəblərdə təhsil alanlar arasında intihar hallarının sayı rekord həddə yüksəlib.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 19 188 intihar qeydə alınıb. Bu, 1980-ci ildən aparılan statistika ərzində ilk dəfə göstəricinin 20 minlik həddən aşağı düşməsi deməkdir.
Yeniyetmələr arasında vəziyyət daha da ağırlaşıb
Bununla yanaşı, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı artıq ikinci ildir artır və 2025-ci ildə 1 082 nəfərə çatıb. İbtidai, orta və yuxarı məktəb şagirdləri arasında isə 538 intihar qeydə alınıb. Bu, həmin kateqoriya üzrə bütün müşahidə dövrünün ən yüksək göstəricisidir.
Kihara bildirib ki, hökumət psixi sağlamlıq, sosial müdafiə və məşğulluğa dəstəyi birləşdirən kompleks yardım və məsləhət sisteminin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
O qeyd edib ki, uşaqlar və gənclər arasında intiharların qarşısının alınması üçün sosial şəbəkələr üzərindən məsləhət xidmətlərinin genişləndirilməsi, eləcə də yardıma ehtiyacı olanların erkən müəyyənləşdirilməsinə yönəlmiş fəal dəstək mexanizmləri tətbiq olunur.
Yaponiyada intiharlara qarşı mübarizə həftəsi çərçivəsində bu mövzuda maarifləndirmə işləri də gücləndirilir. Kihara hökumətin hər kəsin intihara sürüklənməyəcəyi bir cəmiyyət yaratmaq üçün mümkün olan bütün tədbirləri görəcəyini vurğulayıb.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

