Sosial
Anım Günü ilə əlaqədar Suraxanıda ağacəkmə aksiyası və rəsm sərgisi keçirildi
27 Sentyabr – Anım Günü ilə əlaqədar Suraxanı rayonunun Zığ qəsəbəsi, Bahar yaşayış sahəsində ağacəkmə aksiyası və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə rəsm sərgisi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım Günü münasibətilə keçirilən ağacəkmə aksiyası çərçivəsində ərazidə ümumilikdə 750 ədəd sərv ağacı əkilib. Aksiyanın keçirilməsində məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq, eyni zamanda ətraf mühitin qorunmasına və rayon ərazisində yaşıllıqların artırılmasına töhfə vermək olub.
Tədbir çərçivəsində təşkil olunan rəsm sərgisində Vətən müharibəsi, qəhrəmanlıq, vətənpərvərlik və şəhidlərin əziz xatirəsinə həsr olunmuş rəsmlər nümayiş etdirilib. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, nümayiş olunan rəsmlər vasitəsilə xalqımızın Vətən müharibəsində göstərdiyi birlik, əzm və qəhrəmanlıq ruhu bir daha diqqətə çatdırılıb.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı










.jpg)




.jpg)












.jpg)









