Sosial
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi - VİDEO/FOTO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kütləvi idman tədbirləri keçirilən ərazilərdə mümkün fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlimə FHN-in Sumqayıt Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası da cəlb olunub.
Təlimin keçirilməsində məqsəd kütləvi idman tədbirləri təşkil olunan ərazilərdə mümkün fövqəladə hadisələr zamanı xilasetmə əməliyyatı üzrə xilasedicilərin bilik və vərdişlərinin təkmilləşdirilməsi, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə bacarıqlarının daha da inkişaf etdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq kütləvi idman tədbiri keçirilən ərazidə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




.jpg)




.jpg)












.jpg)









