Sosial
Dövlət qulluğu ilə bağlı məcəlləyə dəyişikliklər təklif olunur
Azərbaycan Respublikasının Milli Məclisinə “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qərar layihəsi təqdim edilib.
Publika.az xəbər verir ki, layihəyə əsasən, yeni Dövlət Qulluğu Məcəlləsi təsdiq ediləcək və qüvvəyə mindiyi gündən bir sıra qanunlar ləğv olunacaq.
Ləğvi nəzərdə tutulan qanunlar arasında “Dövlət qulluğu haqqında”, dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı, dövlət qulluğunu idarəetmə şurası, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsallar, təhlükəli və xüsusilə ağır qulluq şəraiti üçün artıq əmsallar, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar yer alır.
Layihəyə görə, digər normativ hüquqi aktlar yeni Məcəlləyə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə tətbiq ediləcək.
Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmayan dövlət qulluğu sertifikatına malik şəxslər sertifikatlarının qüvvədə olduğu müddətdə yeni Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak edə biləcəklər.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı










.jpg)




.jpg)












.jpg)









