Ermənistandakı qiyam rus ordusunun olduğu bölgəyə SIÇRADI - Meriya və XİN mühasirəyə ALINDI - CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistandakı qiyam rus ordusunun olduğu bölgəyə SIÇRADI - Meriya və XİN mühasirəyə ALINDI - CANLI YAYIM (YENİLƏNİR)

İrəvanda etiraz aksiyasının iştirakçıları meriya binasını mühasirəyə alıblar. Nümayişçilər meriyanın pillələrində oturaraq “Taron, çıx!” (şəhər qubernatoru Taron Markaryan –red.), “Biabırçılıq!” və digər şüarlar səsləndirirlər. Binanın mərkəzi girişi ictimaiyyət üçün bağlanıb.

Nümayişçilər həmçininn Ermənistan Xarici İşlər Nazirliyinin binasına girişi bloklayıblar. Paytaxtın Maştosa prospektində gərgin vəziyyət hökm sürür.

***

Ermənistanın Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalar baş verib.

Bu haqda GALA TV yerli televiziya şirkəti bildirib.

KİV-in məlumatına görə, etirazçılar şəhərin mərkəzi küçələrini kəsməyə çalışıblar, ancaq polis bunun qarşısını alıb.

Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var. Burada həmçinin, MDB-nin hava hücumundan birləşmiş müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Etirak aksiyalarının genişməsi Rusiya bazası üçün böyük təhlükə hesab olunur.

Xatırladaq ki, bu gün saat 19:00-da İrəvanın Respublika meydanında mitinq keçiriləcək.

****

“Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi nümayişçilər Baqramyan prospektində Ermənistan baş naziri Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıblar.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, burada qısa nitqlə çıxış edən Paşinyan Sarkisyana iqamətgahın qarşısında qoyulan tikanlı məftilləri bu gecə təmizləməyi əmr edib.

“Dünən Respublika meydanın bildirdim ki, Serj Sarkisyan bundan sonra Ermənistana tikanlı məftillərdən baxacaq. Serj Sarkisyan, sən polis qalxanları və tikanlı məftillər vasitəsilə dünyaya baxacaqsan”, Paşinyan polisə istehzayla təşəkkür edib.

Qeyd edək ki, aksiyalara rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan dünən “məxməri inqilab”ın başlandığını elan edib. O, Respublika meydanında çıxışı zamanı özünün sonrakı planını təqdim edib.

"Biz idarə binaları, yollar və şoselərin mühasirəyə alınmasına davam etməliyik. Mən bunu necə etməli olduğumuzu deməyəcəyəm. Çünki təcrübə göstərdi ki, siz qəhrəman xalqsınız və sizin qarşısında bağlı yer yoxdur. İnqilabçı komitə yaradılacaq və bütün hərəkətləri əlaqələndirəcək. Sabah bütün Yerevanı iflic etmək lazımdır", - partiyanın lideri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm