Cənubi Qafqaz
“Aprel savaşı”nın məğlub hərbçilərindən Sarkisyana BÖYÜK ZƏRBƏ
İrəvanda Serj Sarkisyanın baş nazirliyinə etiraz edən
aksiyaya hərbiçilər də qoşulub.
Publika.az xəbər verir ki, minlərlə hərbiçi küçəyə
axışaraq, Sarkisyana qarşı istefa şüaqrları səsləndirirlər.
Diqqət çəkən məqamlardan biri aksiyaya qoşulan hərbiçilərin 2016-cı
ildə “aprel müharibəsi”ndə iştirak etmələridir.
Qeyd edək ki, Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin
bir qismini azad etdiyi “aprel müharibəsi”ndə erməni hərbiçilər
döyüşməkdən boyun qaçırırdı. Buna səbəb Ermənistan ordusunda
özbaşınalığın baş alıb getməsi, siyasi-hərbi rəhbərliyin zabitləri
incitməsi və s. idi. Döyüş vaxtı erməni hərbi birləşmələrinin
arsenalındakı texnikaların işə düşməməsi də ordu rəhbərliyinin
soyğunçuluğunu sübut etdi. Bu müharibədən sonra Ermənistanda
hərbiçilərin ölkə rəhbərliyinə etibarı tamamilə yox oldu.
Digər tərəfdən, Qarabağa yerləşdirilən hərbiçilər “bizim olmayan
torpaq üçün ölmək istəmirik” deyə etiraz edirdilər.
Döyüşdən sonra bu hərbiçilər təzyiqlə susduruldu. Lakin “aprel
müharibəsi”ndə döyüşən hərbiçilərin bu gün İrəvanda küçələrə
çıxaraq, etiraz etməsi onların Azərbaycan torpağı olan Qarabağa
görə ölmək istəmədiklərini bir daha gündəmə gətirir.
Asif
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”