Paşinyandan Putinə MESAJ: “Rusiya inana bilər ki...”
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyandan Putinə MESAJ: “Rusiya inana bilər ki...”

“Beynəlxalq hüquqa hörmət olaraq Rusiya Ermənistanın daxili işlərinə qarışmayacaq”.

Publika.az xəbər verir ki, bu haqda Ermənistanda keçirilən etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistanda hadisələr tamamilə daxili səbəblərdən qaynaqlanır.

“Mən dəfələrlə bildirmişəm ki, hərəkətdə geosiyasi kontekst yoxdur. Bu, yüz faiz belədir”, - Paşinyan vurğulayıb.

Bir gün əvvəl Ermənistan xarici işlər nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Edvard Nalbandyanın Moskvaya səfərinə toxunan müxalifət lideri qeyd edib ki, Moskvada nələrin müzakirə edildiyini bilmir:

“Bilirlər ki, Ermənistanda dəstəyə malik deyil. Ola bilsin ki, bu dəstəyin haradasa olduğuna dair təəssürat yaratmaq istəyirlər. Yəqin, Karen Karapetyan kənardan dəstək olduğuna dair təəssürat istəyir. Amma, düşünmürəm ki, bu fikrin ciddi əsası var”.

Rusiyanın neytral mövqeyinin dəyişməsi ehtimalına gəlincə, Nikol Paşinyan bildirib ki, bu barədə qorxu yoxdur: “Çünki Ermənistan xalqının iradəsi qətiyyətli gücdür”, - o bildirib.

Etiraz aksiyalarının lideri Rusiya ermənilərini xatırladıb: "Əminəm və həmçinin Rusiya hakimiyyəti inana bilər ki, Rusiya ermənilərinin 90 faizi bizi dəstəkləyir. Rusiya şəhərlərində hərəkata dəstək olaraq mitinqlər keçirilir. Mitinqə minlərlə erməni dəstək üçün gəlib. Onlardan bir çoxu Rusiya vətəndaşlarıdır. Əminəm ki, Rusiya öz vətəndaşlarının mövqeyinə hörmət edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm