Cənubi Qafqaz
Azərbaycana gələn erməni nazirdən ACI QARABAĞ SÖZLƏRİ: HƏR ŞEYİ ETİRAF ETDİ - FOTO
Mayın 18-də Ermənistan xarici İşlər naziri Zoqrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Xankəndidə Dağlıq Qarabağ separatçıların lideri Bako Saakyanla David Tonoyanın görüşündə “ordu quruculuğu” sahəsində məsələlər müzakirə edilib.
Bako Saakyanla görüşündən danışan Zoqrab Mnasakanyan Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın xarici siyasəti üçün prioritet hədəf olaraq qaldığını bildirib.
“Qarabağın həlli məsələsi bizim Qarabağın inkişafı və təhlükəsizliyi üçün heç bir təhdidin olmayacağına əmin olduğumuz ana qədər prioritetimiz olaraq qalacaq”, - erməni nazir deyib.
Zoqrab Mnasakanyan həmçinin qeyd edib ki, Qarabağda insanlar xüsusi şərtlərdə yaşayırlar.
“İnsanlar burada xüsusi şərtlərdə yaşayırlar. Xüsusilə ona görə ki, təhlükə var, fiziki təhlükəsizlik problemi var, rəqib var”, - o vurğulayıb.
Ömər Dağlı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?