İyunun 10-da Tbilisdə geniş miqyaslı etiraz aksiyaları gözlənilir
Bizi izləyin

Cənubi Qafqaz

İyunun 10-da Tbilisdə geniş miqyaslı etiraz aksiyaları gözlənilir

Tbilisidə qətlə yetirilmiş yeniyetmə, 16 yaşlı David Saralidzenin atası Zaza Saralidze yeni etiraz aksiyalarının keçiriləcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, Pirveli teleşirkətinə açıqlama verib.

O, qeyd edib ki, aksiyalar ədalətin bərpa olunması və hökumətin istefaya getməsi tələbləri ilə keçiriləcək. İri miqyaslı aksiyaların təşkilatçısı oğlunun qətli ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən aparılan təhqiqatdan narazılığını ifadə edib. Zaza Saralidze qeyd edib ki, sabah DİN-dən konkret nəticələr gözləyir.

Z.Saralidze qeyd edib ki, əks təqdirdə iyunun 10-da paytaxtda yeni irimiqyaslı aksiyalar başlayacaq.

Qeyd edək ki, onun oğlu David Saralidze və dostu Levan Dadunaşvili 2017-ci ilin 1 dekabrında Tbilisdə məktəblilər arasında yaranan dava zamanı qətlə yetiriliblər. Cinayət işi ilə bağlı saxlanılanlar var. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm