İrəvan KTMT-nin başçısını azad etdi
Bizi izləyin

Cənubi Qafqaz

İrəvan KTMT-nin başçısını azad etdi

İrəvan şəhər məhkəməsi 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında iş üzrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri Xaçaturovu girov qarşılığında zaminə buraxıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda onun vəkili Miqran Poqosyan jurnalistlərə bildirib.

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

“Məhkəmə Xaçaturov barəsində alternativ ehtiyat tədbiri seçdi və girov qarşılığında azad edilməsini münasib bildi. Girovun məbləği münasibdir”, - o deyib.

Vəkil əlavə edib ki, Xaçaturov girovun ödənilməsinə qədər nəzarətdə saxlanılacaq.

İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarıb. İrəvanın birinci instansiya məhkəməsi Koçaryanın həbsi haqqında Ermənistanın Xüsusi İstintaq Xidmətinin xahişini təmin edib.

"Məhkəmə iki aylıq həbs qərarı verdi. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, - sabiq prezidentin vəkili Aram Orbelyan bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm