Koçaryan yenidən həbs edilə bilər
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryan yenidən həbs edilə bilər

Ermənistanın Baş prokurorluğu ölkənin keçmiş prezidenti Robert Koçaryanın azad olunması haqqında Apellyasiya Məhkəməsinin qərarından şikayət edib.

Publika.az xəbər verir ki, bu haqda idarənin mətbuat xidmətindən TASS agentliyinin müxbirinə bildiriblər.

Kassasiya Məhkəməsinin Ermənistan Baş prokurorluğunun iddiasına nə vaxt baxacağı hələ məlum deyil.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində Koçaryana konstitusiya quruluşunun devrilməsi üzrə ittiham təqdim edib. Sabiq prezident bir gün sonra iki aylıq həbs edilib.

Ermənistan Apelyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan avqustun 13-də azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm