Tiflisdən Moskvaya NOTA: son 10 ildə...
Bizi izləyin

Cənubi Qafqaz

Tiflisdən Moskvaya NOTA: son 10 ildə...

Almaniya kansleri Angela Merkellə Gürcüstan Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, heyətlərarası görüşdən sonra media konfransı təşkil edilib.

Baxtedze açıqlamasında Almaniyanın Gürcüstan üçün önəmli və etibarlı tərəfdaş olduğunu açıqlayıb:

“Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hələ də Gürcüstan torpağındadırlar. 2008-ci ildən bəri Cənubi Osetiya və Abxaziya işğaldadır. Biz sülh istəyirik”.

Kansler də öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edib:

“Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm”.

Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm