Cənubi Qafqaz
“Mavi Ermənistan”: Sorosun ŞOK LAYİHƏSİ
Ermənistanda fəaliyyət göstərən Avropa fondları və QHT-ləri “Mavi Ermənistan” qurmaq üçün böyük pullar xərcləyirlər. Həmin qurumların əsas spekulyatoru – sərmayədarı Soros Fondu və ABŞ-ın Açıq Cəmiyyət İnstitutudur.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu iddia ilə erməni politoloq Aşot Sərkisyan çıxış edib.
Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyanın hakimiyyət
gəlməsindən sonra onların aktivliyi artıb:
“Avqustun əvvəlində Sünik rayonunun Şurnux kəndində yerli
sakinlərlə LGBT icmasının nümayəndələri arasında qarşıdurma baş
verdi. Uzun müddətdir bölgədəki gərginlik səngimir. Qənaətimə görə,
bu təsadüfi deyildi. LGBT nümayəndələri ora həmin fondların
rəhbərlərinin əmrləri ilə getmişdilər.
Şurnux kəndində baş verən hadisədən dərhal sonra Ermənistan üçün qeyri-adi sayılacaq hadisə baş verdi. Qadın paltarı geyinmiş “mavilər” İrəvanda polis idarəsinə basqın etdilər. Məlum oldu ki, “mavilər” həbs edilmiş keçmiş sevgilisindən intiqam almaq istəyirlər. Buna ABŞ səfirliyi və bir sıra QHT-lər reaksiya vermədilər, çünki LGBT nümayəndələrinin polis bölməsində polisləri döyməsi onlar üçün normaldır. Amma polislər "maviləri” döysəydilər, bu onlar üçün anormal olacaqdı”.
Aşot Sərkisyan Qərbin siyasi institutlarının və ABŞ fondlarının Ermənistandakı “mavi hərəkat” üçün milyonlarla dollar vəsait ayırdıqlarını iddia edir:
“Biz hamımız bilirik ki, Britaniya səfirliyi hər il İrəvanda LGBT bayrağı qaldırır, lakin ölkə rəsmiləri bu hadisəyə şərh vermirlər. Artıq İrəvan polisi hər şeyin qaydasına düşdüyünü deyir. Digər yandan isə erməni Apostol kilsəsi, QHT-lər və Ermənistan hakimiyyətinə bağlı siyasi partiyalar cinsi azlıqların haqlarının müdafiəsi ilə bağlı bəyanat yayıblar.
Ermənistan erkən parlament seçkilərinə hazırlaşır, yəqin ki, “LGBT Haqları Uğrunda Partiya” qalib olacaq və “Mavi Ermənistan” qurulacaq. Bu ssenari həm xaricdən, həm də daxildən dəstəklənir”.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir