Cənubi Qafqaz
Ermənistanda hərbçilər AYAĞA QALXDI: Aprel döyüşlərində... - İNANILMAZ FAKT
2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə
nəticlənən “aprel müharibəsi”ndə iştirak etmiş işğalçı ölkənin
hərbiçiləri Ermənistan hakimiyyətinə etiraz edirlər.
Publika.az xəbər verir ki, döyüşlərdə iştirak edən erməni
əsgərlərin hərbi biletlərinə bu haqda heç nə qeyd olunmayıb. Bu
onların dövlətdən maddi yardımlar almasının qarşısını kəsir.
Ermənistanda “aprel müharibəsi” iştirakçılarının “Post” adlı
təşkilatının rəhbəri Manuel Manukyan deyir ki, əsgərlərə verilən
hərbi bileti “qaralamaya” çevirdilər: “Əvvəlcə hərbi biletdə
müharibə iştirakçısı olaraq yazılıb, sonra yuxarıdan əmr gəldi və
bu qeydi qırmızı rənglə boyayaraq, sildilər. Bununla bağlı qanunu
əsas gətirirlər. Qanuna görə, döyüşdə 30 gün iştirak edənlər
müharibə iştirakçısı hesab olunur. Hərçənd, “aprel müharibəsi”
gözənilməz başlandı və qısa çəkdi. Bu, o demək deyil ki, bu uşaqlar
döyüşməyiblər. Cəbrayılda döyüşən uşaqların bəzilərinin hərbi
biletinə iştirakçı olduğu yazılıb, bəzilərinə yox. Halbuki, bu
uşaqlar qaçmadılar, döyüşdülər, öldülər, yaralandılar”.
Manuel Manukyan qeyd edir ki, döyüşlər başa çatandan sonra
iştirakçıların hərbi biletlərinə heç nə yazmadılar.
“Məqsəd onların mülki həyatda nəzərdə tutulan imtiyazlardan
istifadə etməsinin qarşısını almaqdır”, - deyə o bildirib.
Asif
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi














.jpg)




















