İrəvanda aksiya: Polis etirazçıları sürüyə-sürüyə apardı - FOTOLAR
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda aksiya: Polis etirazçıları sürüyə-sürüyə apardı - FOTOLAR

İrəvanda A.Spendiaryan adına Milli Akademik Opera-Balet Teatrının binasının yanında sökülən kafenin əməkdaşları yolu kəsərək, oturaq aksiya keçiriblər.

Publika.az
xəbər verir ki, İrəvan meriyası martın 13-də heç bir xəbərdarlıq etmədən kafeni sökməyə başlayıb. Bundan sonra kafenin əməkdaşları etiraz ediblər. Onlar Tumanyan küçəsi və Maştosa prospektinin dörd yol ağzını kəsərək, asfaltda əyləşiblər.

Lakin İrəvan polisi oturaq aksiya keçirən kafe əməkdaşlarına sərt şəkildə müdaxilə edib. Fotolarda da polisin müdaxiləsi açıq görünür. Son məlumata görə, 16 nəfər aksiya iştirakçısı saxlanılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm