Erməni əsgər yoldaşını güllələdi və elə sözlər dedi ki... – İşğalçı ordunun dəhşətli üzü
Bizi izləyin

Cənubi Qafqaz

Erməni əsgər yoldaşını güllələdi və elə sözlər dedi ki... – İşğalçı ordunun dəhşətli üzü

Mehridə erməni əsgərlər qiyam qaldırandan sonra Ermənistan ordusunda baş verən dəhşətli hadisələr üzə çıxıb.

Publika.az
xəbər verir ki, ötən həftə Mehridə erməni əsgərlər zabitlərə etiraz olaraq hərbi hissəsini tərk ediblər. Sonradan hərbi hissəyə qaytarılan əsgərlər cəza olaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə göndərilib.

Erməni şərhçi Naira Ayrumyan yazır ki, qiyamın qaldırıldığı hərbi hissədə narkotik bitkilərin əkilməsi haqqında məlumatlar var.

“Əsgərlər müxtəlif hərbi hissələrə dağıdıldı, onlarla əsgər də gizli şəkildə Qarabağa göndərildi. Qarabağa göndərilən əsgərlərin valideynləri etiraz edirlər. Heç bir ana təbii ki, oğlunun cəbhədə xidmət etməsini istəmir. Heç bir ana həm də onu istəmir ki, oğlu hərbi xidmətdə “oğru qanunları” ilə yaşasın, onu alçaltsınlar. Dünən Qarabağda əsgər öz yoldaşını öldürüb və bildirib ki, bunu yenə edə bilər, çünki bütün hərbi xidmət vaxtı onu alçaldıblar”, - deyə erməni şərhçi yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm