Cənubi Qafqaz
Ermənistan kəşfiyyat şefi niyə istefa verdi? - Sensasion DETALLAR ORTAYA ÇIXDI
Bu, Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan istefasıyla bağlı nə deyibsə, həmin sözlər baş nazir Nikol Paşinyana aiddir.
Publika.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin Artur Vanesyanın istefası ilə bağlı materialında yer alıb.
"İstefa verən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın bir müddət əvvəl də istefa verdiyi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsinin geri götürdüyünə dair məlumat yayılmışdı. Vanseyan bu dəfə qərarından vaz keçməyib, baş nazir də etiraz etməyib. Bəs istefanın səbəbi nədir? Artur Vanesyanın öz sözlərinə görə, qərarların necə gəldi verilməsi, hədəflərin qarışıqlığı onu istefa verməyə məcbur edib. Keçmiş MTX direktoru onu da deyib ki, aparılan siyasət zabit andına uyğun deyil. Artur Vanesyanın son cümləsi “Dayanın!” ifadəsiylə bitir. Bu Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır. Artur Vanesyan istefasıyla bağlı nə deyibsə həmin sözlər baş nazir Nikol Paşinyana aiddir. Onun “dayanın” çağırışa da Paşinyana ismarıcdır. Görəsən Paşinyan nəyi dayandırmalıdır? Paşinyan nə edib ki, kəşfiyyata başçılıq edən birisi hesab edib ki, baş nazir mövcud siyasəti ilə Ermənistanı uçuruma aparır?" - materialda qeyd edilib.
Bildirilir ki, bu ilin may və iyun aylarında Paşinyanla Vanesyan arasında maraqlı qiyabi dialoq olmuşdu:
"Paşinyan mətbuat konfransında demişdi ki, “məxməri inqilabdan” əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər. İtən sənədlərin sayından və məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan bunu cinayət adlandırmışdı. Buna cavab olaraq Artur Vanesyan bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməyəcək. Vanesyan Milli Təhlükəsizlik Xidmətindən sənədlərin itməsi faktı ilə bağlı cinayət işi başlamayacağını da vurğulamışdı.
Görünür, Paşinyanla Vanesyan arasındakı ixtilafa 2008-ci il hadisələrinə fərqli baxışlar səbəb olmuşdu. Paşinyan bütün vasitələrlə 2008-ci hadisələrində əli olan bütün siyasətçiləri və hərbçiləri məsuliyyətə cəlb etmək istəyir. Vanesyan isə bunun əleyhinə olub. Belə çıxır ki, Artur Vanesyan eks-prezident Robert Köçəryanın da həbsdə saxlanılmasının əleyhinədir. Digər tərəfdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edən birisi Rusiyanın müvafiq orqanları ilə sıx əməkdaşlıq etməlidir. Artur Vanesyanın 2002-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Bürosunun Akademiyasında ixtisasartırma kursu keçdiyini xatırlatmaq yerinə düşər. Paşinyanla Vanesyan arasındakı fikir ayrılığına Rusiya amili də səbəb ola bilərdi".
-
MDB14:35
Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR
-
Magazin214:15
Üç ay öncə ana olan Heyli Biber formada olduğunu göstərdi - FOTO
-
Region13:30
İrəvanda polis rəisinin meyiti kabinetində tapıldı - Günlər öncə ölübmüş
-
İdman13:05
Lamin Yamalın yeni ilham pərisi - FOTOLAR
-
Dünya11:22
Nazirin avtomobil karvanında QƏZA: vəzifəli şəxs öldü, yaralılar var - FOTO
-
MDB10:36
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
-
Magazin109:48
Azərbaycanlı aparıcı canlı yayımda TƏBAŞİR YEDİ - FOTO
-
Kriminal09:36
Gənc oğlandan DƏHŞƏTLİ ƏMƏL - Sevgilisinə isti qaşıqlarla işgəncə verdi, barmaqlarını isə...