Cənubi Qafqaz
Tbilisidə yaşayış binasında partlayış - Ölənlərin sayı beşə çatdı
“Novosti Qruziya” xəbər verir ki, Tbilisinin Kvemo Ponicala rayonunda çoxmənzilli yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Publika.az xəbər verir ki, xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar. Bundan əvvəl iki qadının və bir uşağın meyitləri aşkarlanmışdı.
Axtarış-xilasetmə əməliyyatı artıq on saatdan çoxdur davam edir. Binanın uçmuş giriş hissəsinin dağıntıları altında hələ də iki nəfər qalıb. Xilasedicilər onların axtarışını davam etdirirlər.
Əməliyyata 150-yə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub. Onlar kinoloqların və xüsusi avadanlıqların köməyi ilə dağıntıları yoxlayırlar. Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, binanın yenidən uçma təhlükəsi var. Buna görə də xilasedicilər təhlükəli şəraitdə işləyirlər.
Bundan əvvəl dağıntılar altından üç yaşlı qız uşağını sağ çıxarmaq mümkün olub. Uşaq dağıntılar altında səkkiz saatdan çox qalsa da, huşu özündə olub və görünən xəsarətləri olmayıb. Həkimlərin məlumatına görə, onun həyatı üçün təhlükə yoxdur.
Partlayış nəticəsində xəsarət alan iki nəfər Tbilisinin klinikalarında müalicə almağa davam edir. Daha iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xatırladaq ki, noyabrın 19-da səhər saat 09:00 radələrində Kvemo Ponicala rayonundakı beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış dalğası mərtəbələrarası örtüklərə və dam örtüyünə zərər vurub, həmçinin bir neçə pilləkən meydançasını dağıdıb.
İlkin ehtimala görə, hadisəyə beşinci mərtəbədəki mənzildə yerləşən qızdırıcı cihazdan məişət qazının sızması səbəb olub. Ehtimal edilir ki, mənzilin sahibi əvvəlki gün uzun müddət evdə olmadıqdan sonra geri qayıdıb.
Prokurorluq Gürcüstan Cinayət Məcəlləsinin 240¹-ci maddəsinin birinci hissəsi ilə təhlükəsizlik qaydalarının pozulması faktı üzrə cinayət işi açıb.
Tbilisi meriyasının Samxarauli adına ekspertiza bürosu ilə birgə apardığı ekspertizanın nəticələrinə əsasən, binanın iki giriş hissəsi yaşayış üçün yararsız hesab edilib. Təxminən 143 nəfərdən ibarət 28 ailənin müvəqqəti olaraq hotellərdə yerləşdirilməsi nəzərdə tutulur.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI





















.jpg)












.png)