Cənubi Qafqaz
Cəbhədə atışma: iki erməni hərbçisi yaralandı
Ermənistan ordusunun hərbçisi yaralanıb.
Axar.az xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində baş verib.
“S.X adlı hərbi qulluqçu sağ çiynindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib”, - Noyemberyan şəhərinin tibbi mərkəzinin direktoru Qarunik Qaşyan deyib.
Onun sözlərinə görə, oktyabrın 2-si səhər saatlarında yaralı hərbi hospitala köçürülüb.
Ermənistan Müdafiə Nazirliyi daha bir nəfərin yaralanması ilə bağlı da məlumat yayıb. Nazirlik yaralının kimliyini açıqlamayıb.
Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun sürücüsü Abışov Səfərəli Ələkbər oğlu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ötən gün həlak olmuşdu. 1958-ci il təvəllüdlü Abışov Səfərəli bu gün doğulduğu Masallı rayonunun Əmirtürbə kəndində dəfn edilib.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir