Ermənistanda yenidən fövqəladə vəziyyət elan oluna bilər
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda yenidən fövqəladə vəziyyət elan oluna bilər

Ermənistanda koronavirusa yoluxma dinamikası mövcud vəziyyətdəki kimi davam edəcəksə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Feysbuk hesabında canlı yayım zamanı deyib.

Paşinyan bildirib ki, insanların diqqəti koronavirus böhranından uzaqlaşdığı üçün problemlərin artmasına səbəb olur.

“Bir neçə gündür 100-dən çox yoluxma faktı qeydə alınır. Bu, insanların epidemioloji tələblərə tam əməl etmədiyi deməkdir. Bu cür templə biz cidi böhranla üzləşə bilərik”, - o bildirib.

Qeyd edək ki, Ermənistanda indiyə qədər 3718 nəfər koronavirusa yoluxub, 69 nəfər ölüb. Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunmuşdu, lakin mayın 4-dən etibarən müəyyən yumşalmalar başlanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm